Salam! Adım Nərimandır və hal-hazırda mənim şəxsi veb-saytımdasınız.
Bakıda yaşayan bir tələbəyəm. Boş vaxtlarımda Vikipediyada redaktə, tərcümə və kodlaşdırma ilə məşğul oluram.
Əsasən Azərbaycanca Vikipediyada aktivəm, gördüyüm işlər əsasən maraqlandığım mövzularda (texnologiya, proqram təminatı və tarix) məqalələr yazmaq və redaktə etməkdir. Bundan əlavə texniki işlərlə də məşğul oluram. İnterfeys inzibatçısı olaraq şablonları, skriptləri və modulları yeniləyirəm. Hə bir də, inzibatçı olaraq da müxtəlif inzibati işləri yerinə yetirirəm.
Kodlaşdırmaya təxminən 2019-cu il ərəfəsində başlamışam. Buna həvəs aktiv olaraq istifadə etdiyim Discord platformasında yaradılan botları görməyim idi. İndiyə qədər Discordda ən böyük layihəm hesab etdiyim botumun mənbə kodu üçün buraya klikləyə bilərsiniz. Botun əsas funksiyası Twitterdə istənilən ictimai profilə abunə olmaq və həmin profil yeni tweet atdıqda Discorddan bildiriş almaq idi. Təəssüf ki, İlon Mask Twitteri satın aldıqdan sonra Twitter API-dən pulsuz istifadəni dayandırdı və mən də layihəni dayandırmaq məcburiyyətində qaldım.
Könüllü tərcüməçi olaraq translatewiki, Crowdin, və Transifex platformalarında ümumilikdə 20 mindən çox tərcüməm var. MediaWiki, Vikipediyanın Android, KaiOS, iOS mobil tətbiqləri, Creative Commons lisenziyaları, Gartic.io və Mastodon kimi böyük layihələrdə mənim tərcümələrim var.
Nəysə, deyəsən çox danışdım. Yuxarıdakı bloq keçidinə klikləyərək tez-tez yazmağa çalışacağım bloq yazılarımı oxuya bilərsiniz.
Əlaqə
- E-poçt: [email protected]
- Telegram: nerim4n
- Instagram: nerim4nm (sadəcə tanıdıqlarımı qəbul edirəm.)
- Mastodon: @[email protected]